Türkiyənin müdafiə naziri Hulusi Akar “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı son vəziyyəti açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, deyib:
"Terrora son qoymaq, ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni etdik və etməyə davam edəcəyik. Əməliyyatda 326 terrorçu zərərsizləşdirilib”.
Hulusi Akar TSK-nın Suriyanın şimalında ABŞ-ın müşahidə nöqtəsini vurduğu iddiasına da cavab verib. "Koalisiya qüvvələrinə və ya mülki şəxslərə zərər vermək bizim üçün söz mövzusu deyil. Bizim yalnız bir hədəfimiz var, o da terrorçulardır. Onlar haradadırsa, hədəfimiz də oradır. Bizim ən mühüm prinsipimiz ətraf mühitə, mülki şəxslərə zərər verməməkdir”.