Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqda baş verənlərdən danışıb.
Ucnoqta.az xəbər verir ki, Türkiyə prezidenti bildirib ki, Türkiyə silahlı qüvvələri öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyat keçirmək əzmindədir.
O, Suriya və İraqa zərbələrin yalnız başlanğıc olduğunu vurğulayıb. Ərdoğanın sözlərinə görə, Ankara Suriyanın Kobani, Mənbic və Tel-Rifat şəhərlərindən “terrorçuları təmizləməyə” hazırlaşır.