Əli Xameneyinin bacısı qızı həbs edildi

İran İslam Respublikasının rəhbəri Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də həbs edilib.

Ucnoqta.az Azada İran tq-ya istinadən xəbər verir ki, siyasi fəalın qardaşı Mahmud Muradxani bu barədə tvit yazaraq bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsə atılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT Nazirliyi tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi. 

2018-ci ilin iyununda da o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilmişdi.

Tarix
24 Noyabr 2022 [12:07]
Müəllif
Üç nöqtə
2022-11-24 12:07:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin