Türkiyədə zəlzələdə xəsarət alanların sayı artıb

12:14 - 23 Noyabr 2022 - DÜNYA

Xəbər verdiyimiz kimi, bu gün Düzcə və ya Gölyaka ilçəsində 5.9 bal gücündə zəlzələ baş verib.  Zəlzələ İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Bilecik, Bursada hiss edilib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Daxili işlər naziri Süleyman Soylu zəzlzələ nəticəsində xəsarət alanların sayı 50-yə çatıb:

" Biri ağır olmaqla 50 nəfər  yaralanıb, 33 nəfərə ilkin yardım göstərilərək evə buraxılıb. Kəndlərdən çox böyük dağıntılar haqqında məlumatı almadıq. 8 min binada araşdırma aparılacaq”.

Qeyd edək ki, həmin ərazidə 5.9 ballıq zəlzələdən sonra 0.9  ilə 4.3  bal arasında daha 106 zəlzələ qeydə alınıb

Xəbər xətti