Britaniya Ukraynaya hərbi helikopterlər verdi

11:51 - 23 Noyabr 2022 - DÜNYA

Britaniya Ukraynaya helikopterlər verib.

Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, birinci "Sea King" helikopteri artıq təhvil verilib.

Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, ölkə Ukraynaya üç "Sea King" helikopteri verməyə qərar verib, onlardan birincisi artıq çatdırılıb.

Ukraynalı heyyət Britaniyada bu helikopterlərdə uçmağı və onlara qulluq etməyi öyrəniblər.

Uolles həmçinin bildirib ki, Böyük Britaniya əlavə olaraq 10.000 artilleriya mərmisi göndərəcək. O, bəyan edib ki, artilleriya mərmiləri Ukrayna Silahlı Qüvvələrinə bu yaxınlarda azad edilmiş əraziləri qorumağa kömək edəcək.

Xəbər xətti