“Türkiyə hər hansı təhlükə yarandıqda “S-400” hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilər”.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Akar əlavə edib ki, "S-400" raketdən müdafiə sistemi yerindədir və istifadəyə hazırdır:
"Əgər təhlükə varsa, ondan istifadə edərik. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”.