İndoneziyada zəlzələ: 380 nəfər ölüb

14:06 - 22 Noyabr 2022 - DÜNYA

İndoneziyanın Yava adasının qərbində 5,6 bal gücündə zəlsələ olub. Zəlzələ nəticəsində 380 nəfər ölüb, 700 nəfər isə yaralanıb.  

Ucnoqta.az xəbər verir ki, bu barədə Qərbi Yava valisi Ridvan Kamil bildirib. Onun sözlərinə görə, çox sayda insan hələ də dağıntılar altında qalıb, bu səbəbdən ölən və yaralıların sayı artacaq.

 Səlahiyyətlilərin bildirdiyinə görə, zəlzələ Ciajnur bölgesində, yerin 10 kilometr dərinliyində baş verib. Zəlzələ nəticəsində 13 mindən çox insan didərgin düşüb, 2 min 200-dən çox ev isə zərər görüb. Axtarış və xilasetmə işləri davam edir.

Xəbər xətti