Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarının təfərrüatları məlum olub

12:11 - 22 Noyabr 2022 - DÜNYA

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya siyahısına çox sayda fiziki şəxslər daxil ola bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. Qeyd olunur ki, hazırda Avropa Komissiyasının (AK) ekspertləri təklif olunan siyahıları təhlil edirlər.

Nəşr yazır ki, Latviya, Litva, Polşa və Estoniya yeni sanksiyalar paketinin tətbiq olunmasında daha fəaldırlar. Onlar birliyin digər ölkələrini Rusiya neftinə qiymət tavanı tətbiq etməyə inandırmaq niyyətindədir. Amma bir sıra avropalı diplomatlar bu təşəbbüsü dəstəkləmir, çünki onların fikrincə, sanksiyalar paketi hələ hazır deyil və onun neft qiymətlərinin məhdudlaşdırılması ilə əlaqələndirilməsi vəziyyəti çətinləşdirəcək.

Xatırladaq ki, oktyabrın 6-da Aİ  Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.  Bu paketə Rusiya neftinin qiymətinin yuxarı həddinin tətbiqi və Ukrayna ərazisində qanunsuz referendumların təşkilində iştirak edən fiziki və hüquqi şəxslərə, hərbi sənaye sektorunun nümayəndələrinə qarşı məhdudiyyətlər qoyulub.

Xəbər xətti