Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

19:05 - 21 Noyabr 2022 - DÜNYA

ABŞ prezidenti Co Bayden güclü qar yağması səbəbindən Nyu-York ştatında fövqəladə vəziyyət elan edib. 

Ucnoqta.az "The Washington Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçısı şiddətli tufan və qar fırtınasının nəticələrinin aradan qaldırılması üçün ştat və yerli hakimiyyət orqanlarının səylərinə əlavə olaraq federal yardımın göstərilməsinə göstəriş verib. 

Xəbər xətti