Türkiyə sahillərində 51 miqrant xilas edilib

23:51 - 19 Noyabr 2022 - DÜNYA

Türkiyə Sahil Mühafizəsi Balıkəsir vilayətinin Ayvalık rayonu sahillərində 51 qanunsuz miqrantı xilas edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi bildirib.
Məlumata əsasən, Yunanıstan hərbçiləri miqrantların olduğu qayığı Egey dənizindəki Türkiyə ərazi sularına zorla yönləndirib.

Miqrantlar kömək üçün siqnal verdilər və yardım üçün Türkiyənin “TCSG-28” kateri gəlib.

Xilas olunanların hamısı xarici ölkə vətəndaşlarıdır. Onlara tibbi yardım göstərilib, ərzaqlar verilib.

Xəbər xətti