Dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəli açıqlanacaq - DİM

12:56 - 18 Noyabr 2022 - Cəmiyyət

İlin sonuna, dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəlini hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr hazırda bu istiqamətdə iş getdiyini qeyd edib:

"Müxtəlif tədbirlər, yaxud hava şəraiti də tərəfimizdən nəzərə alınacaq. Hazırda bunun üzərində iş gedir. Dediyimiz kimi, ilin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik".///Apa

Xəbər xətti