İlin sonuna, dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəlini hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Sədr hazırda bu istiqamətdə iş getdiyini qeyd edib:
"Müxtəlif tədbirlər, yaxud hava şəraiti də tərəfimizdən nəzərə alınacaq. Hazırda bunun üzərində iş gedir. Dediyimiz kimi, ilin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik".///Apa