Bu gün Rusiya Ukraynaya 18 raket atıb

17:00 - 17 Noyabr 2022 - DÜNYA

Bu gün Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri 4 X-101 raketi, 5 “Şahed” PUA və 2 idarə olunan təyyarə raketini vurub.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığına əsasən, bu gün Rusiya 9 "Tu-95ms" bombardmançıdan 18-ə qədər Kh-101/Kh-555 qanadlı raketləri buraxıb. Rusiya qoşunları həmçinin cəbhəyanı şəhərləri raket artilleriyasından və S-300 zenit-raket komplekslərindən atəşə tutub.

Bundan əlavə, Belarus ərazisindən kamikadze dronlarla Ukraynaya hücum ediblər. Onların heç biri son hədəfə çatmadı, hamısı vuruldu.

Xəbər xətti