“Məni axtarmağa ehtiyac yoxdur, Qroznının mərkəzindəyəm” - Kadırov

13:22 - 17 Noyabr 2022 - DÜNYA

“Ukrayna Təhlükəzizlik xidməti məni heç cür tapa bilmir. Bütün dünya bilir ki, mən Qroznının mərkəzindəyəm və Ukraynanın axmaq təhlükəsizlik xidməti məni on iki dəfədir ki, axtarışda olanlar siyahısına salıb”.

Ucnoqta.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın onun axtarışa verilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.
“Artıq dedim və təkrar edəcəyəm: Məni axtarmağa ehtiyac yoxdur. Yeri gəlmişkən, mən artıq bir neçə dəfə Ukraynada olmuşam və orada mənim tutulmağımdan çaş-baş qalan adam görməmişəm. Ukrayna axtarış üsulları, görünür, yalnız internet axtarışı üçün nəzərdə tutulub, çünki mənim kəşfiyyatım bildirir ki, Ukrayna Təhlükəsizlik Xidməti mənim yerimi müəyyən etmək üçün "yerdə" heç bir real əməliyyat tədbiri görməyəcək.  Edə də bilməz - elektrik enerjisi mütəmadi olaraq kəsilir, və belə şəraitdə işləmək çox çətindir. Bəli, hava hücumu siqnalları isə həmişə mane olur”, – Kadırov Telegram kanalında yazıb.

Xəbər xətti