Füzulidə Regional Hidrometeorologiya Mərkəzi tikiləcək

19:00 - 16 Noyabr 2022 - Xəbər

Füzulidə Qarabağ Regional Hidrometeorologiya Mərkəzi tikiləcək.

Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2023-2024-cü illərdə Füzuli rayonunda Mərkəzin binasının yerinin müəyyən edilməsi və tikintisinin layihələndirilməsi tapşırılıb.

 

Xəbər xətti