Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

18:05 - 15 Noyabr 2022 - DÜNYA

Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu məlumat verib.

Onun bildirdiyinə görə, 32 yaşlı polkovnik-leytenant Samir Atəşli oğlu Rüstəmov Xarkovda döyüş tapşırığı vaxtı maşında minaya düşüb. 

Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. Subay idi. Samir Rüstəmov bu gün Xarkov şəhərində dəfn olunub. 

 


Xəbər xətti