"Biz həmçinin ixrac olunan taxılın təcili ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya çatdırılması üçün tədbirlər görməliyik."
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə qida böhranının idarə olunması ilə yanaşı, enerji qovşağı olaraq regionun, xüsusilə də Avropanın təhlükəsizliyinə töhfə verir: “Dünya gübrə bazarı da sürətlə sabitləşməlidir. Əks halda gələn il daha böyük ərzaq böhranı yaşayacağıq”.