Böyük Britaniya İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiya tətbiq olunan şəxslər arasında İranın rabitə naziri İsa Zarepur da var. Siyahıda ümumilikdə 24 nəfərin adı var.