Putin Kadırovun həyat yoldaşına fəxri adı verdi

18:25 - 14 Noyabr 2022 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin “Qəhrəman ana” fəxri adının verilməsi ilə bağlı fərman imzalayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, fərmana əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya və Yamal-nene muxtar dairəsindən Olqa Dextyarenkoya “Qəhrəman ana” fəxri adı verilib.

Bu ad 10 və daha çox uşağı olan analara verilir. Belə ki, Medni Kadırova 14, Olqa Dextyarenko isə 10 uşaq anasıdır.

Vladimir Putinin 2022-ci ilin 15 avqustunda imzaladığı sərəncamla “Qəhrəman ana” fəxri adı təsis edilib.

 

Xəbər xətti