Çavuşoğlu və Lavrov arasında telefon danışığı olub

16:51 - 14 Noyabr 2022 - DÜNYA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bazar ertəsi nazir Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub", - məlumatda deyilir.

Telefon danışığının təfərrüatları açıqlanmır.

Xəbər xətti