Noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Ucnoqta.az xəbər verir ki, danışıqlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin də iştirak etdiyi bildirilir. Danışıqların təfərrüatları və məqsədi hələlik məlum deyil. Əvvəllər belə bir görüşün keçiriləcəyi barədə məlumat verilməmişdi.
Bundan əvvəl, noyabrda ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienn Uotson açıqlamışdı ki, ABŞ Rusiya ilə sırf Rusiya-Amerika münasibətləri ilə bağlı birbaşa danışıqlar aparır. Görüşdə Ukraynadakı münaqişə mövzusu qaldırılmayıb. “Bunun yeganə məqsədi ABŞ və Rusiya arasında risklərin azaldılmasını müzakirə etməkdir”,- o deyib
Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsinə əsasən təmasların davam etdiyi də bildirilib. Noyabrın sonu, dekabrın əvvəlində isə START-3 üzrə ikitərəfli komissiyanın iclası keçirilə bilər. Bu, Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından bəri ilkdir.
.