Moskvada 45 illik temperatur rekordu qırıldı

21:29 - 13 Noyabr 2022 - DÜNYA

Noyabrın 13-də gecə yarısı Moskvada havanın temperaturu müsbət 11,1 dərəcə olub.

Ucnoqta.az TASS-a istinadla xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, bununla da 45 il əvvəl bu gün üçün olan temperatur rekordu qırılıb.

Əvvəlki rekord 1977-ci il noyabrın 13-də qeydə alınıb və 10,2 dərəcə isti olub. Maraqlıdır ki, noyabrın 12-si şənbə günü də paytaxt tarixində ən isti gün kimi qeydə alınıb.

Xəbər xətti