Ukrayna polisi Xerson sakinlərinə müraciət etdi

09:09 - 13 Noyabr 2022 - DÜNYA

Ukrayna polisi Xerson şəhəri və ətrafında blokpostlar qurur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko bildirib. 

O bildirib ki, hazırda şəhərə 200-dək polis qüvvəsi cəlb olunub: 
"Şəhərin minalanma təhlükəsi var. Sakinlərdən müəyyən qaydalara riayət etmələrini, şəhərdə ehtiyatla hərəkət etmələrini və şübhəli əşyalara toxunmamalarını xahiş edirik. Əgər şübhəli nə isə tapsanız, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur", - Milli Polisin rəhbəri Klimenko bildirib. 

Xəbər xətti