Rusiyanın daha bir “Ka-52” helikopteri məhv edilib

09:39 - 12 Noyabr 2022 - DÜNYA

Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Enerqodar yaxınlığında və Xerson vilayətinin Krasnıy Mayak kəndində 80-dən çox rus əsgərini zərərsizləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Belə ki, Ukrayna aviasiyası Rusiya ordusunun toplaşma məntəqələrini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi iki ərazini, iki sursat anbarını və digər üç mühüm hərbi obyektinə zərbələr endirib.
Həmçinin daha bir “Ka-52” helikopteri məhv edilib.

"Müdafiə Qüvvələrinin Rusiya qoşunlarının Xerson rayonunun Krasnı Mayak kəndindəki qərargahına endirdiyi dəqiq zərbələr nəticəsində 30-dan çox əsgər ölüb, 2 tank və 4 yük maşını sıradan çıxarılıb”, - Baş Qərargah qeyd edib.

Xəbər xətti