Rusiya Baydenin bacısı və qardaşlarına qadağa qoydu

21:26 - 11 Noyabr 2022 - DÜNYA

Rusiya Xarici İşlər Nazirliyi 200 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin saytında bildirilir.

“Co Bayden administrasiyasının qarşılıqlı əsasda tətbiq etdiyi getdikcə artan şəxsi sanksiyalara  cavab olaraq, 200 ABŞ vətəndaşına münasibətdə Rusiya Federasiyasına giriş qadağası tətbiq edilir”, - bəyanatda deyilir.

Diplomatik departamentin bəyanatına görə, sanksiya tətbiq edilən şəxslər arasında hakimiyyət nümayəndələri, qanunvericilər, onların qohumları, hərbi sənaye kompleksinin şirkət və müəssisələrinin rəhbərləri, habelə “rusofobik kampaniyanın təbliğində iştirak edən ekspertlər və lobbiçilər var ”.

Siyahıya Baydenin bacısı Valeri Bayden Ouens və qardaşları Ceyms və Frensis və başqaları daxildir.

Bundan başqa, Ağ Evin mətbuat katibi Karine Jan-Pyer də müvafiq sanksiya siyahısına daxil edilib.

Xəbər xətti