Rusiyanın iki helikopteri vuruldu

22:15 - 5 Noyabr 2022 - DÜNYA

Ukrayna hərbçiləri Rusiyanın iki Ka-52 helikopterini və bir ədəd İran istehsalı “Şahid-136” PUA-sını vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən təmas xətti boyunca müdafiə qüvvələrinin bölmələrini atəşə tutur, müəyyən istiqamətlərdə sərhədlərin möhkəmləndirilməsi işini yerinə yetirir və hava kəşfiyyatı aparır. Rus ordusu beynəlxalq humanitar hüququ, müharibə qanunlarını pozaraq mühüm infrastruktura və mülki evlərə zərbələr endirməkdə davam edir”, - məlumatda qeyd edilib.

Xəbər xətti