İran Rusiyaya göndərdikləri dronlar barədə açıqlama verdi

16:05 - 5 Noyabr 2022 - DÜNYA

Tehran Rusiyaya pilotsuz təyyarələri Ukraynada müharibə başlamazdan əvvəl verib.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bəyan edib.

“Ukraynadakı müharibədən bir neçə ay əvvəl Rusiyaya az sayda pilotsuz təyyarələr vermişdik”, - deyə o bildirib.

Abdullahian eyni zamanda İranın Rusiyaya ballistik raketlərin tədarükünü etməsi ilə bağlı məlumatları təkzib edib.///oxu.az

Xəbər xətti