"Toyu olacaq deyilən qızla bağlı rayon icra hakimiyyətinin hüquq şöbəsinə və sahə müvəkkilinə məlumat vermişəm".
Bunu "Unikal"a Göyçay rayon Çərəkə kəndinin icra nümayəndəsi Tehran Adıgözəlov deyib.
O bildirib ki, polis hazırda həmin evdədir və araşdırma aparılır: "Məktəb direktorundan öyrəndim ki, qızın 17 yaşı var, 10-cu sinif şagirdidir. Amma məktəbdən çıxarılıb. Babası deyib ki, qızı indi toy edəcəklər. Lakin 18 yaşı tamam olandan sonra oğlan evinə köçürəcəklər. Qız hazırda valideynləri ilə Bakı şəhərində kirayədə qalır".
13:48
Göyçay rayonunda erkən nikah faktı aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq, yeniyetmə Ağsu rayonunda yaşayan şəxsə ərə verilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb və rayon Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.