Bu yol daha 1 gün bağlı qalacaq

13:42 - 4 Noyabr 2022 - Cəmiyyət

Paytaxtın Binəqədi rayonunun “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması müddəti noyabrın 5-i saat 23:00-dək uzadılır.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Xəbər xətti