Göygöl rayonunda Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin əmr imzalayıb. Əmrə əsasən Namiq Sahib oğlu Cəfərov Rayon İcra Hakimiyyətində Ərazi İdareətmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Namiq Cəfərov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və “Şuşanın azad olunmasına görə” eləcədə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.