Rusiyanın Ukraynada itkiləri 74 minə çatdı

12:06 - 3 Noyabr 2022 - DÜNYA

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 74000 (+730) nəfər canlı qüvvəsi, 2734 (+20) tank, 5552 (+27) zirehli döyüş maşını, 1755 (+22) artilleriya sistemi, 390 (+3) reaktiv yaylım atəşi sistemi, 198 (+1) hava hücumundan müdafiə sistemi, 277 (+0) təyyarə, 258 (+0) helikopter, 1442 (+2) PUA, 397 (+45) qanadlı raket, 16 (+0) gəmi, 4162 (+9) avtomobil texnikası və avtosistern, 155 (+1) xüsusi texnikası məhv edilib.


Xəbər xətti