Nağdsız əməliyyatlara görə geri qaytarılan ƏDV ARTIRILIR

11:37 - 3 Noyabr 2022 - Cəmiyyət

Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17,5%-ə qaldırılır.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik ediləcək.

Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

Xəbər xətti