Ərdoğan Putin və Zelenski ilə taxıl dəhlizini müzakirə edəcək

17:30 - 1 Noyabr 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, Türkiyə dövlət başçısı yaxın günlərdə Putin və Zelenski ilə taxıl dəhlizini müzakirə edəcək.

"Prezidentimiz məsələ ilə şəxsən maraqlanır və biz bu məsələni həll edə biləcəyimizə inanırıq", - Çavuşoğlu vurğulayıb.

Xəbər xətti