Ermənistan baş naziri Nikol Paşinyan sabah İrana səfər edəcək
Ucnoqta.az xəbər verir ki, İRNA-nın verdiyi məlumata görə, Ermənistanın baş nazirinin səfəri İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin rəsmi dəvəti ilə həyata keçirilir.
Paşinyan sabah səhər Tehranda İran prezidenti tərəfindən rəsmi qarşılanacaq, iki ölkə başçılarının danışıqlarından sonra yüksək vəzifəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək, Tehran və İrəvan hökumətləri arasında əməkdaşlıq sənədləri imzalanacaq.