Paşinyan Rusiyaya gedir

22:26 - 30 Oktyabr 2022 - DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiyaya işgüzar səfərə gedəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 31-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedəcək. O, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır", - məlumatda deyilir.

Xəbər xətti