ABŞ Ukraynaya yeni hərbi yardım ayırıb

22:45 - 28 Oktyabr 2022 - DÜNYA

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın müdafiə nazirinin müavini Sabrina Sinqh məlumat verib.

“Ukraynanın müdafiə ehtiyaclarını ödəmək üçün Pentaqon 275 milyon dollarlıq yardım ayırıb” – deyə Sinqh qeyd edib.

Yardım pakentinə HİMARS üçün raketlər, artilleriya mərmiləri və peyk antenlər daxildir.

Xəbər xətti