"Polat Alemdar" əməliyyat olundu

20:05 - 28 Oktyabr 2022 - HADİSƏ

"Kurtlar vadisi" serialının məşhur aktyoru ağır əməliyyat keçirib.

Ucnoqta.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktyorun qəfildən halı pisləşib. O, təcili xəstəxanaya yerləşdirilib.

3 saatlıq ürək əməliyyatından sonra Necati reanimasiyaya yerləşdirilib. Onun vəziyyətinin sabit olduğu bildirilir.

Xəbər xətti