Ucnoqta.az
www.ucnoqta.az

"Polat Alemdar" əməliyyat olundu

20:05 - 28 Oktyabr 2022 tarixində dərc olunub.

"Kurtlar vadisi" serialının məşhur aktyoru ağır əməliyyat keçirib.

Ucnoqta.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktyorun qəfildən halı pisləşib. O, təcili xəstəxanaya yerləşdirilib.

3 saatlıq ürək əməliyyatından sonra Necati reanimasiyaya yerləşdirilib. Onun vəziyyətinin sabit olduğu bildirilir.

Müəllif: