Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar çərçivəsində bu günə qədər Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub.
Ucnoqta.az xəbər verir ki, Aİ nümayəndəsinin sözlərinə görə, sanksiyalar 1350 fiziki şəxs və təşkilatın aktivlərinə təsir edib. Ən çox bloklanma Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriyada həyata keçirilib.
Oktyabrın 25-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqının məqsədi Rusiyanın aktivlərini dondurmaq deyil, onları müsadirə etməkdir.
Kremlin sözçüsü Dmitri Peskov Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın bərpası üçün istifadə edilməsi təklifinin qanunsuz olduğunu və beynəlxalq hüquqa zidd olduğunu bildirib.