ABŞ Ukraynaya bu silahları verəcək

09:01 - 28 Oktyabr 2022 - DÜNYA

Birləşmiş Ştatlar NASAMS zenit-raket komplekslərini noyabrın əvvəlində Ukraynaya təhvil verməyi, eyni zamanda ukraynalı hərbçilərə bu silahlardan döyüşdə istifadə qaydalarını öyrətməyə başlamağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, hazırda Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

Xəbər xətti