Daha bir "Prius" sürücüsü qəza törədib, sərnişin xəsarət alıb - VİDEO

08:45 - 28 Oktyabr 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində baş verib.
Belə ki, Şamil Kamilov küçəsi ilə hərəkətdə olan Aydın Ağasıyev idarəetməsində olan “Toyota” markalı maşınla Sakit Qocayev küçəsində hərəkətdə olan “BMW”-yə çırpılıb.

Qəza nəticəsində “Toyota”-da olan sərnişin xəsarət alıb.

Maşın deformasiyaya uğrayıb.

Fakt araşdırılır.


Xəbər xətti