Ucnoqta.az
www.ucnoqta.az

Daha bir "Prius" sürücüsü qəza törədib, <font color=red><b>sərnişin xəsarət alıb - VİDEO</b></font>

08:45 - 28 Oktyabr 2022 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində baş verib.
Belə ki, Şamil Kamilov küçəsi ilə hərəkətdə olan Aydın Ağasıyev idarəetməsində olan “Toyota” markalı maşınla Sakit Qocayev küçəsində hərəkətdə olan “BMW”-yə çırpılıb.

Qəza nəticəsində “Toyota”-da olan sərnişin xəsarət alıb.

Maşın deformasiyaya uğrayıb.

Fakt araşdırılır.

Müəllif: