Ərdoğan NATO-nun baş katibi ilə görüşəcək

22:19 - 27 Oktyabr 2022 - DÜNYA

Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 4-də İstanbulda NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.

Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, o, həmçinin, İsveçin yeni baş naziri Ulf Kristerssonu noyabrın 8-də Ankarada qəbul edəcək.

Danışıqlar zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələrin müzakirə ediləcəyi gözlənilir.

Xəbər xətti