AMB uçot dərəcəsini növbəti dəfə artırıb

17:13 - 27 Oktyabr 2022 - DÜNYA

Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini 75 baza bəndi artırmaqla 1.25%-dən 2.00%-ə çatdırıb.

"APA-Economics" ECB-yə istinadən xəbər verir ki, Bankın İdarəetmə Şurası uçot faiz dərəcəsinin aşağı həddini (depozit) 1.50%-ə qaldırıb. Bankın orta müddətli inflyasiya hədəfinin 2%-ə qaytarılması üçün yenidən faiz artımına gedəcəyi gözlənilir.

Qeyd edək ki, ECB 2022-ci ilin iyul ayında uçot dərəcəsini 25 baza bəndi, sentyabrda isə 75 baza bəndi artırmışdı.

Xəbər xətti