ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

23:35 - 26 Oktyabr 2022 - DÜNYA

ABŞ İranın bir sıra şəxs və qrumlarına nümayişçilərə qarşı tətbiq edilən zorakılıqda iştirakına görə sanksiya tətbiq edib.

Bu haqda xarici işlər naziri Antoni Blinken açıqlama verib.

Blinken açıqlamasında ABŞ-ın etirazlarda İran xalqını dəstəkləməyə davam etməkdə qərarlı olduğunu bildirib.

“Bu gün İran hökumətinin bütün kateqoriyalardan olan 14 fiziki şəxs və 3 qurumuna qarşı sanksiya tətbiq etdiyimizi elan edirik” , - deyə nazir əlavə edib.

Xəbər xətti