İranın Sistan-Bəlucistan vilayətində SEPAH-ın 2 hərbçisi naməlum şəxslərlə atışmada öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SEPAH-ın cənub-şərqi qərargahının məlumatında deyilir.
Məlumatda bildirilir ki, bir neçə dəqiqə əvvəl “Salman” bölməsinin əməkdaşları olan polkovnik Mehdi Mollaşaxi və “Bəsic” əməkdaşı Cavad Keyxa Zahedan şəhərinin Parastar meydanında naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüblər.
Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.