ABŞ-ın sabiq müdafiə naziri Eşton Karter vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə bu gün onun rəsmi nümayəndəsi bildirib.
Qeyd olunur ki, E.Karter 68 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Xatırladaq ki, Eşton Karter prezident Barak Obamanın rəhbərliyi dövründə 2015-2017-ci illərdə Pentaqonun rəhbəri olub.