"Onların şəhərlərini yer üzündən silmək lazımdır" - Kadırov

10:47 - 25 Oktyabr 2022 - DÜNYA

"Əgər ukraynalıların atdıqları mərmilər ərazilərimizə düşürsə, buna cavab olaraq onların şəhərlərini viran qoymaq, yer üzündən silmək lazımdır"

Ucnoqta.az xəbər verir ki, bunu Çeçenistan Prezidenti, general-polkovnik Ramzan Kadırov bildirib. O, Ukraynadakı müharibədə Rusiya ordusunun komandanlığının qərarlarını sərt tənqid edib.

"Fikrimcə, Ukraynanın hücumlarına çox zəif cavab veririk.  Gərək baxanda uzaqdakı üfüq görünsün. Onlar biz tərəfə atmağı hətta ağıllarına belə, gətirməməlidir", - R.Kadırov bəyan edib.

Xəbər xətti