Rusiyada “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb

07:20 - 24 Oktyabr 2022 - DÜNYA

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, uçuş zamanı iki qağayı “Su-34”ün mühərriklərinə daxil olub: 

“Onların parçaları mütəxəssislər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən tapılıb. Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər ölüb.

Xəbər xətti