İstanbulda polislərə silahlı hücum olub, bir nəfər yaralanıb

22:40 - 23 Oktyabr 2022 - DÜNYA

İstanbulun Silivri rayonunda polislərə silahlı hücum olub.

APA “Haber Türk”ə istinadən xəbər verir ki, başqa bir hadisənin təhqiqatı ilə məşğul olan qurupa atəş açılıb.
Hadisə nəticəsində bir polis əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Polis iki şübhəli silahlını zərərsizləşdirərək yaxalayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
 

Xəbər xətti